İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərurlu İsfəndiyar Rauf Arifoğluya CAVAB VERDİ: Kimin tapşırığını yerinə yetirirsən? - VİDEO

5853 14.02.2023 14:30 Gündəm A A

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavat-ın canlı efirində aparıcı Sevinc Telmanqızının qonağı olub.

Musavat.com xəbər verir ki, gündəmi dəyərləndirən Rauf Arifoğlu Şərurlu İsfəndiyar haqqında bir sıra məqamlara toxunub.

"Şərurlu İsfəndiyar bu ölkədə neqativ ad qazanmış bir dələduzdur. Onun azadlıqda olması belə təəccüb doğurur. Deyir ki, zəlzələ olanda oturun evdə çay için" - o deyib.

"Şərur" MTK-nın rəhbəri, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundov Rauf Arifoğluya cavab verib. Media haqqında qanunu və qarşı tərəfin cavab vermə haqqını nəzərə alaraq həmin cavabı olduğu kimi oxucularımıza təqdim edirik.

"Dünən Musavat.com-un efirində gedən "Canlı debat"da "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu mənim haqqımda dələduz ifadəsini işlədib. Bunu öncəliklə bir ziyalıya yaraşmayan hərəkət kimi qiymətləndirirəm. Musavat.com böyük bir media olaraq haqımda araşdırma aparmadan cahilcəsinə dəfələrlə xəbərlər yayıb və təəssüflər olsun ki, buna hələ də davam edir. Əvval "Flamingo" məsələsini efirdə gündəmə gətirdilər. Gah dedilər, hədə gələrək Mübarizin səsini yazmışam, zorla əlindən almışam, gah dedilər, restoran Mübarizin yox, Cəmilin imiş, üç milyon ödəyərərək onu aldatmışam. Ən sonda həqiqəti ortaya çıxardılar ki, yayımladıqları bütün məlumatlar yalan imiş.

Mənə dələduz deyən Rauf Arifoğlu göstərsin, görək mən harada və kimə qarşı dələduzluq etmişəm?! Ortaya bir fakt qoysun, bir insan çıxarsın efirə ki, mən məhkəmə qərarı ilə onlara qarşı dələduzluq əməli törətmişəm. Dələduzların aldatdığı minlərlə insana mən ev vermişəm, onlara dəyən ziyanı ödəmişəm. İndi Rauf Arifoğlu ziyalı kimi düşünsün, cahil kimi yox, çünki mən onu ziyalı kimi görürəm. Məni dələduz aldandıran bu və ya digər şəxslərə buradan demək istəyirəm ki, mənim dövlətə və xalqa göstərdiyim xidmətlərin yarısını siz edin, ondan sonra haqqımda eşitdiklərinizi araşdıraraq faktları yayın.

Sözügedən zəlzələ məsələsinə gəlincə isə deyəcəyim odur ki, insanlar təşvişə düşməsinlər, özlərini itirməsinlər. Baxırıq, kimisi özünü pəncərədən atır, kimisi nə edəcəyini bilmir. Mən vətəndaşların özlərini qorxuya salmaması üçün bunu deyirəm. Efirdə iş adamlarına qara yaxmaqdansa, mütəxəssisləri danışdırsınlar ki, zəlzələ zamanı insanlar nə etməli olduqlarını bilsinlər".

 Rauf Arifoğlunun Şərurlu İsfəndiyar haqqında sözügedən çıxışını təqdim edirik:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR