İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sərkisyan mer seçkilərinə qatılmadı

601 17.09.2023 14:03 Son xəbər A A

Ermənistanın ikinci prezidenti Serj Sərkisyan İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səsvermədə iştirak etməyəcək.

Musavat.com-un məlumatına görə, bu barədə yerli mediaya açıqlamasında Sərkisyanın ofisi məlumat verib.

“Prezident Dzoraxbyurda yaşayır, o, İrəvan sakini deyil. Buna görə də o, İrəvan Ağsaqqallar Şurasına seçkilərdə iştirak etmir”, - eks-prezidentin aparatının məsul şəxsi Meri Arutyunyan bildirib.

Qeyd edək ki, hələ 2018-ci ildə erməni mediası Ermənistanın sabiq prezidentinin postunu itirdikdən sonra ona verilmiş hökumət iqamətgahını tərk edərək, ailə üzvləri ilə birlikdə Kotayk vilayətinin Dzoraxbyur kəndinə köçdüyünü və kürəkəni Mikael Minasyana məxsus evdə yaşadığını yazmışdı.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR