İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədimizdə təhlükəli oyun - Rusiya Qərbi günahkar sayır, Qərb, Paşinyan və İran isə...

777 15.04.2023 10:47 Siyasət A A

Ermənistan Rusiyanın ordudakı “5-ci kolonu”na işarə edir, Kreml AB-ni suçlayır; bir versiya da var: təxribatı Tehrana Moskva sifariş edib - regionda strateji savaş güclənir

Azərbaycan-Ermənistan şərti sərhədində nisbi sakitlik olsa da, 11 aprel toqquşmasının təkrarlanmayacağına heç bir zəmanət yoxdur. Çünki Ermənistan Azərbaycanla sülh müqaviləsindən və sərhədlərin delimitasiyasından yayınmaq azmış kimi, özünü xarici güclərin əlində bölgəni qarışdırmaq üçün əməlli-başlı alətə, maşaya çevirib.

“Yeni Müsavat” yazır ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Rusiya Qərb strukturlarının Ermənistan-Azərbaycan normallaşması ətrafındakı vəziyyəti gərginləşdirəcəyini demişdi” bildirib. O qeyd edib ki, rəsmi Moskva əvvəlcədən vəziyyətin bu həddə gəlib çıxacağını analiz edib. “Biz əvvəllər də demişdik ki, regiona başqa oyunçuların, başqa strukturların gəlməsinin, hansılar ki, heç vaxt bu köhnəlmiş münaqişənin nizamlanması ilə məşğul olmayıblar, heç bir əlavə dəyəri, səmərəliliyi olmayacaq. Əksinə, bu, vəziyyəti gərginləşməyə, destabilləşməyə gətirib çıxaracaq. Bu, bizim təxminimiz deyildi, təhlilimiz idi”, - deyə Zaxarova vurğulayıb.

Mariya Zaxarova: Azərbaycanın İrandakı səfirliyinə hücum bizi şoka saldı -  AZƏRTAC

Rusiyanın bu cür ritorikası yenilik deyil və anlaşılandır. Hədəf Qərbin bölgədəki hər hansı missiyasını gözdən salıb öz “arbitr” rolunun əvəzsizliyini nümayiş etdirməkdir. Hərçənd Avropa Birliyinin Bakının razılığını almadan Ermənistanda yerləşən yarımhərbi missiyası da “süddən çıxmış ağ qaşıq” deyil. Ancaq maraqlıdır ki, missiyanın rəhbəri erməni tərəfinin israrlı xahişlərinə rəğmən, insident baş verən əraziyə getməkdən imtina edib. Bu da erməniləri qəzəbləndirib. Belə bir versiya var ki, Ermənistan 11 aprel təxribatını Rusiyanın İrana sifarişi və Tehranın birbaşa təhriki ilə törədib. Başqa sözlə, Moskva indi də İrandan Azərbaycana qarşı “proksi” qüvvə kimi istifadə edir.

Bir bəyanatın izi ilə - Paşinyan nə istəyir? - 05.01.2023, Sputnik  Azərbaycan

Ermənistanın baş naziri, “qərbçi” Nikol Paşinyan isə hadisələrlə bağlı Rusiyanın ordudakı “5-ci kolonu”na işarə edib. Paşinyan həmçinin Ermənistanın öz qoşunlarını 1991-ci il sərhəd xətti boyunca təhlükəsiz məsafəyə çəkməyə hazır olduğunu bildirib. Sitat: “Sərhəddəki durumun siyasi qiymətləndirilməsi baxımından 1991-ci il sərhəd xəttinin vurğulandığı Avropa Birliyinin ötən gün (srağagün - red.) verdiyi bəyanatın önəmli olduğunu düşünürəm. Söhbət 1991-ci il dekabrın 21-də Almatı bəyannaməsi ilə dövlət sərhədinə çevrilən Ermənistan SSR ilə Azərbaycan SSR arasında mövcud olan inzibati sərhəddən gedir. Avropa Birliyinin bəyanatında deyilir ki, bu xəttə hörmət edilməlidir. Bu, sabitliyin etibarlı təminatı kimi hər iki tərəfin silahlı qüvvələrinin həmin sərhəddən təhlükəsiz məsafəyə çəkilməsi vurğulanır. Ermənistan Azərbaycanla bütün sərhəd xətti boyunca belə bir tədbiri görməyə hazırdır. 2021-ci ildən buna hazır olduğumuzu bildiririk və belə bir addım Praqa və Soçi danışıqlarının məntiqindən irəli gəlir”.

Nikolun sözü ilə əməlinin tərs mütənasib olduğu çoxdan bəllidir. Bəs bununla o, nəyə çalışır?

Bəzi təhlilçilərə görə, Azərbaycan-Ermənistan sərhədində çoxtərəfli oyun başlayıb. Bu oyunun Azərbaycana mümkün təsirləri nələr ola bilər və nələrə diqqət etməliyik? Çünki bölgə uğrunda strateji mübarizə gedir və Ermənistan-Azərbaycan münasibətləri üzərindən tərəflər öz siyasətini aparırlar...

Qabil Hüseynli: “Bu faciə kortəbii baş verməyib. Bütün deyilənlər  uydurmadır” | KONKRET

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, sadalanan bu detallar bölgədəki strateji gərginliyin dərinləşməsindən xəbər verir. “Bu da onu göstərir ki, bütün güclərin son hadisələrdə günahı var. Siyahıda birinci yerə İranı qoymaq lazımdır. İran bir neçə aydır ki, sülh prosesinə mane olur, separatçı ermənilərə müdafiə mövqeyindən hərəkətlər edir, ermənilərə geosiyasi vəziyyət, sərhədlərin dəyişməməsi haqda müxtəlif təlqinlər edir. Açıq formada onlara kömək edəcəklərini bildirirlər. Ermənistanla İran arasında intensiv əlaqələr mövcuddur və bunun son fazası 11 aprel döyüşlərindən əvvəl baş verdi: Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Tehrana getdi və orada həmkarı Əli Şamxani ilə görüşdü. Sonra Şamxani Azərbaycana kin və nifrət qusdu. Ona görə 11 aprel hadisələrində təhrikedici rolu İran oynayıb və erməniləri ürəkləndirib”, - deyə Q.Hüseynli vurğuladı.

Professor Rusiyanın da bu məsələdə iştirak formasına diqqət çəkir: “Kreml istəyirdi ki, KTMT-nin müşahidə missiyası bölgəyə yerləşsin. Ermənistan qarşı çıxırdı, amma son hadisələrdən sonra Rusiyanın müşahidə missiyasının regiona yerləşməsi demək olar ki, reallaşıb. Avropa missiyasına gəlincə, onların bu hadisələrdə əlinin olması haqda hər hansı mülahizə yürütmək çətindir. Bir sözlə, regionda çoxqütblü strateji mübarizə getməkdədir”.

Bu bombalama hamıya mesaj idi” - Elxan Şahinoğlu ilə müsahibə

Politoloq Elxan Şahinoğlu baş verənləri Qərb-Rusiya qarşıdurması kimi dəyərləndirir. O, ritorik sual edir ki, indi kim kimi qabaqlayacaq: “Kreml təmas xəttindəki toqquşmadan dərhal sonra Azərbaycan və Ermənistana Moskvada görüş təklifi edib. Toqquşmadan bir neçə gün əvvəl isə görüşün Vaşinqtonda keçirilməsi təklif edilmişdi. Brüssel də növbədə gözləyir. Azərbaycan və Ermənistan liderləri arasında görüşün birinci hansı paytaxtda keçirilməsi uğrunda yarış başlayıb. Görüş məkanlarının əhəmiyyəti və fərqi nədədir? Moskva, Vaşinqton və Brüsselin hər üçü sözdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Ancaq Kreml indidən tərəflərə mesaj göndərir ki, sülh sazişi Vaşinqton və ya Brüsseldə imzalanarsa, bu, uzunömürlü olmayacaq. Bu o deməkdir ki, sülh sazişi Qərbdə imzalanarsa Rusiya buna müxtəlif yollarla mane olacaq, təmas xəttində gərginlik azalmayacaq”.

Bəs sülh sazişi Moskvada imzalanarsa nə baş verəcək, Vaşinqton və Brüsselin reaksiyası necə olacaq?

Bu sualı cavablandıran analitik hesab edir ki, ABŞ və Avropa İttifaqının əllərində Rusiya kimi bölgəni qarışdıracaq alətləri yoxdur: “Bu onlara lazım da deyil. Vaşinqton və Brüsselə Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlıq, o cümlədən Rusiyanın təsirinin azalması lazımdır. Bu olacaqsa, ABŞ və Avropa İttifaqı məmnun qalacaq. Ancaq Kreml Azərbaycanla Ermənistan arasında barışın əldə olunmasını ona görə təmin etmək istəmir ki, bölgə ölkələri ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirsinlər. Bu, Kremlin maraqlarına ziddir. Rusiya paytaxtında imzalana biləcək mümkün sülh sazişi bölgədə Rusiyanın təsir imkanlarını artırmağı hədəfləyir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR