İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə saxlanılan ermənilərin cəzası açıqlandı -DETALLAR

2775 28.08.2023 15:18 Son xəbər A A

“Laçın” SNB-də saxlanılan üç erməninin cəza müddəti bəlli olub.

“Caliber” mənbələrinə istinadla yazır ki, onlar öz əməllərindən çox təəssüfləndiyini dilə gətiriblər.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, gənclər təxminən 10 gün həbsdə qalacaq.

“Bizdə heç kim onları uzun müddət həbsdə saxlamağa, uzun müddət bu parazitləri yedizdirməyə hazırlaşmır. Axı Bakı artıq hərbi cinayətlər törətməyənlərin amnistiyasının mümkünlüyünə eyham vurub. Amma onlar öz dərslərini alacaqlar. Cəza müddətindən sonra Ermənistana deportasiya olunacaqlar”, – deyə bildirilib.

Xatırladaq ki, “Martuni Avo” klubunun futbolçuları olan gənclər Azərbaycan bayrağına qarşı təhqiramiz hərəkətlərə yol veriblər. Onlar bunu videoya çəkərək paylaşıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR