İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəd-buraxılış məntəqəsinin qurulması qanunidirmi? - ARQUMENTLƏR

1024 25.04.2023 18:45 Yazarlar A A

Sərhəd-buraxılış məntəqəsinin qurlması ilə bağlı bəzi məqamlara nəzər salmaq istərdim. Əsas qanunumuz olan Konstitusiyamızda və həmçinin Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunda bu barədə çox dəqiq göstərilib. Həmin qanunun 1- ci Maddəsində qeyd olunur: Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur.

Təbii ki, bu hüquq beynəlxalq konvensiyalara və prinsiplərə uyğunlaşdırılıb. Bu baxımdan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bağlı bu gün dünyada şüvən qoparan ermənilər və onların tərəfdarları anlamalıdırlar ki, Azərbaycan öz müstəsna hüququndan istifadə edərək bu addımı atıb. Bu yoldan bir addım olsa geri çəkilmək mümkün deyil. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın konstitusion hüququdur.

Digər tərəfdən Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə sərhəd-buraxılış məntəqəsinin qurulması qaçılmaz idi. Həmçinin Qarabağda separatizmin aradan qaldırılması üçün bu vacib addımdır.

Bu gun Rusiya-Ukrayna müharibəsi separatizmin necə qorxulu olduğunu ortaya qoydu. Rusiyanın dəstəklədiyi Donbas və Luqanskdakı separatizm, İspaniyanın Kataloniya bölgəsində baş vermiş proseslər Avropada separatizmə qarşı münasibəti kəskinləşdirib. Separatizmin necə qorxulu, dağıdıcı proses olduğunu dünya zaman keçdikcə dərk etməkdədir.

Təəssüf ki, belə kəskin münasibət Xankəndindəki separatçılara göstərilmir. Əksinə, bu ermənilərə bir çox məkrli qüvvələr qucaq açır. Bu gün həmin məkrli qüvvələr yaxalarını cıraraq bəyanat verirlər ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması doğru deyil. Belə qərəzli bəyanatlara əhəmiyyət vermək lazım deyil. Çünki sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın konstitusion hüququ olmaqla yanaşı, Qarabağda yaşayan sadə erməni vətəndaşların heç bir hüquqlarını məhdudlaşdırmır.

Hazırda Azərbaycanın heç bir dövlətlə quru sərhədləri açıq deyil. Laçın-Xankəndi yolunun başlanğıcında isə sərhəd-buraxılış məntəqəsi ermənilər üçün açıqdır. Onlar qanunu yolla yoxlanışdan keçib Ermənistan ərazisinə gedə bilərlər. Həmçinin eyni qayda ilə Xankəndinə qayıtmaq imkanları var. Bu məqamlar geniş ictimaiyyətə, narahat olan qüvvələrə mütəmadi olaraq izah olunmalıdır.

Əlində silah olan separatçıların məsələsinə isə başqa prizmadan yanaşmaq lazımdır. Bunun üçün dünyada və beynəlxalq hüquqda mexanizmlər var. Həmin mexanizmlərə uyğun olaraq onlar tərki-silah olunmalı, məhkəmə qarşısına çıxarılımalıdır. Müqavimət göstərənlərə qarşı isə Azərbaycan Silahlı Qüvvələri adekvat tədbirlər görəcək.

Nəhayət onu da qeyd etməliyəm ki, çox tarixi mahiyyət kəsb edən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması hər bir Azərbaycan vətəndaşı tərəfindən birmənalı şəkildə dəstəklənir. Erməni dairələrinin və onların havadarlarının aqressivləşməsinə baxmayaraq, bu proses regionda uzunmüddətli sabitlik və ən əsası Azərbaycanın suveren hüquqlarının bütün ölkə ərazisində bərpası üçün təminat yaradacaq.

119201023_3350612868354016_8317438729443500022_n.jpg (32 KB)

Əkrəm Bəydəmirli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR