İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Lavrov martın 1-də Türkiyəyə səfər edəcək

455 28.02.2024 15:35 Dünya A A

Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri martın 1-2-də baş tutacaq.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib.

“Martın 1-2-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Anadolu Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcək, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə türkiyəli həmkarı arasında danışıqların aparılması planlaşdırılır”, - o, ikitərəfli görüşü açıqlayıb.

Zaxarovanın sözlərinə görə, Lavrov və türkiyəli həmkarı Hakan Fidan bir çox problemləri, ilk növbədə, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcəklər.

Bundan əvvəl Kreml rəsmisi Dmitri Peskov Rusiya lideri Vladimir Putinin Türkiyəyə səfərinin Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri öncəsi baş tutacağını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR