İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Lavrov Hakan Fidanla görüşdə SENSASİON AÇIQLAMALAR VERDİ - VİDEO

3528 31.08.2023 19:31 Son xəbər A A

"Türkiyə Cənubi Qafqazda münasibətlərin yaxşılaşdırılması səylərində çox mühüm, konstruktiv və faydalı rol oynayır".

Musavat.com xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə Moskvada görüşündə deyib.

Sergey Lavrov bildirib ki, prezidentlər tərəfdaşlığın bütün sahələrini nəzərdən keçirəcəklər.

Sergey Lavrov daha sonra qeyd edib ki, kommunikasiyaların açılmasında, eləcə də münaqişədən sonrakı vəziyyətin bərpasında maraqlıdırlar:

“Qafqazdakı vəziyyəti ətraflı müzakirə etdik. Biz Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsində, o cümlədən, nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılmasında, eləcə də münaqişədən sonrakı vəziyyətin bərpasında maraqlıyıq. Biz əminik ki, Türkiyə bu səylərdə çox mühüm, konstruktiv və faydalı rol oynayır. Biz, həmçinin, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etməkdə maraqlıyıq".

Musavat.com



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR