İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya hökumətindən ETİRAF: "Bizi Putin qorudu"

966 25.12.2023 12:49 Dünya A A

Rusiya kəşfiyyat xidmətləri Serbiya hökumətini Belqradda müxalifətin etiraz aksiyası zamanı mümkün iğtişaşlar barədə xəbərdar edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu etiraf Serbiyanın baş naziri Ana Brnabiç tərəfindən gəlib.

"Bizim kəşfiyyat xidmətlərinə bununla bağlı məlumatlar daxil olub. İlk növbədə, Rusiya təhlükəsizlik xidməti bizi informasiya ilə təmin edib", - deyə Brnabiç deyib.

Bununla bağlı Serbiya prezidenti Aleksandar Vuçiç də xarici kəşfiyyat xidmətlərindən məlumat aldıqlarını bildirmiş, lakin hansı ölkələrlə danışdığını dəqiqləşdirməmişdi.

Qeyd edək ki, ötən gün Serbiyanın paytaxtında müxalifətin son seçkilərin nəticələrinin ləğvi tələbi ilə keçirilən mitinqində mülki insanlarla polis arasında toqquşma baş verib.

Serbiyada müxalifətin "Serbiya Zorakılığa Qarşı" bloku hakim "Tərəqqi" partiyasının qalib gəldiyi 17 dekabr seçkilərinin nəticələrinin ləğvi tələbi ilə ardıcıl 7 gün Belqradda etiraz aksiyaları keçirib. Müxalifət xüsusilə Belqrad şəhər parlamentinə seçkilərin saxtalaşdırıldığını iddia edərək, rəsmi nəticələrdən narazı olduğunu ifadə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR