İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılardan növbəti AÇIQLAMA - bu gün...

1920 18.04.2023 20:24 Son xəbər A A

18 apreldə 21 xəstə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qarabağdan Ermənistana aparılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, aprelin 15-16-da da Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 21 xəstə Ermənistana aparılıb.

“Blokada” şivənini davam etdirən separatçılar onu da bildiriblər ki, Ermənistana müalicəyə göndərilən daha 20 xəstə müşayiətçiləri ilə birlikdə Qarabağa qayıdıb. Qeyd olunub ki, xəstələrin Ermənistana daşınması yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə davam edir.

Aprelin 17-dək Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağdan Ermənistana 326 xəstə daşıyıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR