İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar Qarabağda atəşkəsi pozur, “Böyük Qayıdış” yubana bilərmi? VİDEO

626 16.03.2022 19:32 Gündəm A A

Qarabağ 30 il sonra əsl sahibinə qayıtdı. Ordumuzun gücü hesabına BMT-nin 4 qətnaməsi icra edildi. İndi 1 milyona yaxın məcburi köçkün və qaçqınımız öz yurd-yuvasına dönməlidir. Azərbaycan dövləti bu istiqamətdə kompleks addımlar atır - işğaldan azad edilən ərazilərdə quruculuq işləri gedir, “ağıllı kənd” layihəsi həyata keçirilir, Şuşada, Kəlbəcərdə, Zəngilanda və digər ərazilərdə abadlıq işləri görülür, Qarabağa Bakıdan avtobuslarla turlar təşkil edilir.

Bəs “Böyük Qayıdış” nə zaman reallaşacaq? Separatçı dəstələrin Qarabağda sülhməramlıların olduğu yerdən mövqelərimizi atəşə tutması məcburi köçkünlərin torpaqlarını qayıdışını yubada bilərmi? Bölgədə sabitliyi necə tam təmin etmək mümkündür?

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və “Qadın Haqları və Gender Bərabərliyi” İctimai Birliyinin maliyyə dəstəyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində “Qarabağ həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətində” mövzusunda TVMusavat növbəti veriliş hazırlayıb. Aparıcı Emil Salamoğlu siyasi analitik Turab Rzayevlə birlikdə “Böyük Qayıdış”ı müzakirə ediblər.

Verilişi təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR