İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı rejim: “Ağdam yolunun açılması ilə bağlı qərar qəbul edilməyib”  

865 23.08.2023 17:36 Region A A

Qarabağda rus sülhməramlılarının nəzarətində olan bölgədə hələ də qalan separatçı rejimin sözçüləri  Arayik Arutyunyanın dünən Təhlükəsizlik Şurasının iclasında Ağdam yolu ilə yüklərin daşınmasına razılıq verdiyi barədə məlumatı təkzib edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Arayik Arutyunyanın mətbuat katibi Lusine Avanesyan danışıb. Onun sözlərinə görə, dünən ümumiyyətlə, “Təhlükəsizlik Şurası”nın iclası baş tutmayıb və avqustun 22 və 23-də Arayik Arutyunyan müxtəlif dairələrlə qapalı danışıqlar aparıb.

“Heç bir qərar verilməyib, lakin müzakirələr davam edir və Arutyunyan yaxın vaxtlarda yaranmış vəziyyət barədə məlumat yayacaq”, - deyə Avanesyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR