İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı komanda dağılır: “Ən geci bu tarixdə Xankəndiyə girəcəyik”

8713 01.09.2023 17:30 Region A A

“Araikin “istefa”sı onunla bağlıdır ki, işdən üzüağ çıxmaq istəyir, bu gedişlə bayrağımızın Xankəndidə asılacağını bilir”

Bunu politoloq Fərhad Mehdiyev deyib.

“Qarabağdakı ermənilərin iki seçimi var: ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da köçmək. Çünki ən geci 2025-də Azərbaycanın hakimiyyət orqanları Xankəndiyə girəcək. Amma mən belə bir əməliyyatın 2025-dən əvvəl də ola biləcəyini istisna etmirəm. Hətta gözləyirəm.

Bir daha qeyd edirəm ki, BMT Təhlükəsizlik Şurasında Laçın yolu ilə bağlı müzakirənin nəticəsi de-fakto bizim xeyrimizə çevrilib. Çünki BMT Təhlükəsizlik Şurası bununla dolayı olaraq Qarabağın Azərbaycan ərazisi olduğuna dair heç bir şübhə qoymadı”, - ekspert bildirib.

Fərhad Mehdiyev separatçıların başçısı Araik Arutyunyanın “istefa”sına da toxunub:

“Araikin “istefa”sı onunla bağlıdır ki, işdən üzüağ çıxmaq istəyir, bu gedişlə bayrağımızın Xankəndidə asılacağını bilir”./Teleqraf.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR