İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH rəsmisinin aksiyalara qatılan oğlu öldürüldü - FOTO

1350 08.11.2022 22:16 Region A A

Güney Azərbaycanın Təbriz Tibb Elmləri Universitetinin tələbəsi, Qərbi Azərbaycan əyalətinin Sayınqala (molla rejimi “Şahindej” adlandırıb) şəhər sakini, atası İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məsul şəxsi olan Mürtəza Şirməhəmmədi İran hakimiyyətinin hərbi-polis rejimi tərəfindən öldürülüb.

Musavat.com xəbər verir ki, tələbənin meyiti noyabrın 2-də dəfn üçün ailəsinə təhvil verilib. Qeyd olunub ki, onun atası Əliəsgər Şirməhəmmədi SEPAH-ın Urmiya şəhər şöbəsinin siyasi-ideoloji bölməsinin rəisidir. Bu səbəbdən o, oğlunun öldürülməsi xəbərinin yayılmasının qarşısını alıb. Ona görə Şirməhəmmədinin qətli bir neçə gün sonra ictimaiyyətə məlum olub.

Toğrul İSMAYIL,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR