İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-dan son dəqiqə açıqlaması: 200 ABŞ hərbçisinin olduğu nöqtəni vurdu

1193 01.04.2026 03:36 Dünya A A

SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi Səudiyyə Ərəbistanının Əl-Xarc bölgəsində yerləşən ABŞ hərbi bazasına zərbə endirildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, hücum raketlər və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

Onun sözlərinə görə, zərbə ABŞ pilotlarının və uçuş heyətinin yerləşdiyi obyektə yönəlib. Bildirilir ki, təxminən 200 nəfərin olduğu toplanma nöqtəsi hədəfə alınıb.

SEPAH rəsmisi əməliyyatın dəqiq planlaşdırıldığını və konkret hərbi hədəflərə yönəldiyini qeyd edib. Bu açıqlama regionda onsuz da yüksək olan gərginliyi daha da artıran hadisə kimi qiymətləndirilir.

Hadisə ilə bağlı ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən hələlik rəsmi təsdiq və ya təkzib verilməyib. Zərbənin nəticələri, mümkün itkilər və dağıntılar barədə əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR