İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! İsrailin planı üzə çıxdı - Makron buna razı deyil

1151 22.12.2023 11:40 Dünya A A

ABŞ-ın “Washington Post” qəzeti İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında gərginliyin artdığını yazıb.

Musavat.com xəbər verir ki, Baydenin müstəqil Fələstin Dövlətini dəstəklədiyini və bu mövzuda israrlı olduğunu iddia edən qəzet Netanyahunun bunu rədd etdiyini və bu mübahisənin necə həll olunacağının bəlli olmadığını yazıb.

Qəzetə danışan diplomatlar bildirirlər ki, Netanyahu evlərindən didərgin düşən yüz minlərlə fələstinlini qəbul etməsi üçün Misirə təzyiq göstərilməsini istəyir.

65851658c236ec05c7ec3ba3.jpg (72 KB)

Üç diplomat və adının açıqlanmasını istəməyən yüksək rütbəli məmurun sözlərinə görə, Netanyahu bu məsələdə Misir prezidenti Əbdülfəttah Əl Sisiyə təzyiq etmək üçün ABŞ prezidenti Co Bayden, həmçinin İngiltərənin baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makronla görüşüb. Lakin hər iki lider bu təklifi rədd edib.

Diplomatların fikrincə, Netanyahunun bütün təkidlərinə baxmayaraq, Qəzza əhalisinin başqa yerə köçürülməsi planı qəbul edilməyib, çünki bu, böyük bir “insan hüquqları pozuntusu” olardı. Üstəlik, diplomatların fikrincə, Misir çox sayda fələstinlini qəbul etmək niyyətində deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR