İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! Bakı və Ankara Mehriyə doğru HƏRƏKƏTƏ keçir... – Ermənistan ÇALXALANIR

1874 08.06.2023 16:07 Gündəm A A

“Bizim hazırda Ermənistan hakimiyyətindən başlıca tələbimiz Qarabağ daxil, Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın bu səpkidə açıqlamaları olsa da, real addım atmır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, Azərbaycan niyə Ermənistanın ərazi bütövlüyünü tanımalıdır?”

Bunu Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq bildirib ki, azərbaycanlıların tarixi torpaqlara qayıdışı məsələsini gündəmdə saxlamaq bizim haqqımızdır:

“Amma reallıqda bu məsələ müəyyən suallar doğurur. Çünki azərbaycanlıların Mehriyə və Şərqi Zəngəzura qayıtmaq hüququ olsa da, biz onların təhlükəsizlik məsələlərini də həll etməliyik. Yəni qayıdış olsa, orda yaşasalar, biz təhlükəsizlik problemləri ilə üzləşə bilərik.

Ermənistan saytları, siyasətçiləri cəmiyyəti qorxudurlar ki, guya Azərbaycan və Türkiyə Mehriyə əl qoyacaq, azərbaycanlıları ora qaytaracaq. Sülh olmayana qədər, təhlükəsizlik məsələləri həll olunmayana qədər azərbaycanlıların Qərbi Zəngəzura qayıdışı məsələsini qısa müddətdə həll etmək o qədər də asan məsələ deyil”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR