İnsanlara hürriyət, millətlərə istiqlal!

Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO

669 26.04.2024 15:34 Dünya A A

Filippinə məxsus köhnə döyüş gəmisi Asiyada yeni müharibəyə səbəb ola bilər.

Publika.az xəbər verir ki, paslanmış gəmi ilə bağlı qarşıdurmanı “The Washington Post” (WP) rəsmilərə və təhlükəsizlik analitiklərinə istinadən proqnozlaşdırıb.

“Sierra Madre” gəmisi indi Filippin və Çin arasında gərginliyin artmasının episentrinə çevrilib və ABŞ-ı Sakit Okeanda silahlı münaqişəyə cəlb edə bilər”, - nəşr yazır.

1999-cu ildə Filippin İkinci Dünya Müharibəsi dövründən qalan desant gəmisini İkinci Tomas Şol kimi də tanınan Renai rifində qəsdən quruya çıxarıb. Filippin hakimiyyəti bu addımı Cənubi Çin dənizində Çinlə ərazi mübahisəsinin predmeti olan Spratli arxipelaqında öz hüquqlarını möhkəmləndirmək üçün atıb.

Nəşrin fikrincə, “Asiyada növbəti müharibənin riski getdikcə ömrünü başa vurmuş, deşik-deşik olan, pasla örtülmüş və qayaya bağlanmış gəmidən asılıdır”.

Mart ayında Çin Xarici İşlər Nazirliyi Filippini Cənubi Çin dənizində Renai rifində təxribatları dayandırmağa çağırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR