İnsanlara hürriyət, millətlərə istiqlal!

Şənlik mərasimində dəhşət: 7 yaralı var - FOTO

672 06.12.2023 10:52 Hadisə A A

Türkiyənin Balıkəsir şəhərinin Dursunbəy rayonunda şənlik mərasimində baş verən silahlı insident zamanı bir neçə nəfər yaralanıb.

Musavat.com report-a istinadən xəbər verir ki, məlumata görə, şübhəli şəxs M.Y.K. düşmənçilik etdiyi ailənin olduğu yerə doğru atəş açıb. Bundan sonra digər şübhəli E.K. da mərasim iştirakçılarına tüfəngdən atəş açıb.

Hadisə nəticəsində 9 nəfər yaralanıb. Yaralılar Dursunbəy Dövlət Xəstəxanasına aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri saxlanılıb. Hazırda digər şübhə şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR