İnsanlara hürriyət, millətlərə istiqlal!

Şengen vizasına ən çox bu ölkələrdən müraciət edilib - SİYAHI

869 17.05.2024 17:08 Dünya A A

Şengen ölkələri 2023-cü ildə ümumilikdə 8,49 milyon insana viza verib.

Musavat.com xəbər verir ki, açıqlanan statistikaya görə, bütün müraciətlərin 82,3 faizi qəbul edilib.

Qeyd edək ki, 2022-ci ildə qəbul nisbəti 78,4 faiz olub.

Məlumata görə, bu il ən çox viza müraciəti Çin (1,11 milyon), Türkiyə (1,05 milyon), Hindistan (966 min), Mərakeş (591 min) və Rusiyadan (520,387) olub. Çindən olan müraciətlərin sayı 2022-ci ildəki 22-ci yerdən birinci yerə yüksəlib. 

Qeyd olunub ki, viza müraciətlərinə imtina nisbəti 2023-cü ildə daha aşağı olub.

Belə ki, bütün viza müraciətlərinin cəmi 16 faizinə (1,6 milyon) imtina verilib.

Viza müraciətlərinə imtina nisbətləri 2022-ci ildə 17,9 faiz, 2021-ci ildə isə 13,4 faiz təşkil edib.

Belarus, Rusiya, Türkiyə və İrandan edilən müraciətlərə imtina nisbətləri 2023-cü ildə daha yüksək olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR