İnsanlara hürriyət, millətlərə istiqlal!

Senator Menendez Azərbaycanı beynəlxalq məhkəmə ilə hədələyir

2081 16.09.2023 01:53 Gündəm A A

Qarabağa "Artsax" deyən, 2020-ci ildə erməni Nadine Arslaniyanla evlənən, hazırda korrupsiya qalmaqalına görə istintaq altında olan senator Bob Menendez belə deyir: “İlham Əliyev Qarabağ (Artsax) ermənilərini aclıqla və ya aclıq təhlükəsindən doğan ölümlə özünə, öz iradəsinə tabe etmək cəhdində olduğu üçün dəhlizi açmaq istəmir”. 

Screenshot_1.png (308 KB)

Bob Menendez və həyat yoldaşı Nadine Arslaniyan

İrəvanda fəaliyyət göstərən ingilisdilli “evnreport.com” saytı “U.S. Warns Baku But “Why Is Aliyev Not Opening the Corridor”?” (ABŞ Bakıya xəbərdarlıq edir, ancaq nədən “Əliyev dəhlizi açmır”?) adlı yazı təqdim edib.

Sentyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kimin yeganə şahid qismində iştirakı ilə “Dağlıq Qarabağdakı böhranın qiymətləndirilməsi” adlı dinləmə keçirilib. Dinləməyə Amerika Erməniləri Milli Komitəsinin sevimlisi senator Bob Menendez sədrlik edib. “Evnreport.com” saytı həmin dinləmənin stenoqramını yayıb.

Cənab senator onu da qeyd edib ki, "Laçın dəhlizi" bağlanana qədər hər gün oradan 120 yük maşını keçib.

Əlbəttə, say haqqında nəsə demək çətindir. Ancaq dəqiq olan odur ki, Ermənistan, Rusiya və İranın yük maşınları heç bir yoxlamdan keçmədən Qarabağa girib-çıxırdı. Qarabağın ermənilər yaşayan ərazisi faktiki olaraq Azərbaycanın nəzarətindən kənarda qalmışdı. İndi isə hər şey kontrol altındadır və bu, həm erməniləri, həm də erməniyanları narahat edir. Ona görə də Bob Menendez kimi quzğunları qabağa veriblər. 

lacin_yolu.jpg (302 KB)

Bob Menendez deyir: "Gəlin rejimin suları bulandırmaq cəhdinə aldanmayaq. Prezident Əliyev deyir ki, o, “etnik təmizləmə təşkil etmir”, amma o, məhz bu işlə məşğuldur. Humanitar yardımdan istifadə etməklə o, Artsax xalqını ya siyasi baxımdan təslim olmağa məcbur etmək, ya da onları aclıqdan öldürmək məqsədi güdür. Və İlham Əliyevin sərhəd boyu qüvvələr topladığını nəzərə alsaq, biz hərbi əməliyyatlara qarşı ayıq olmalıyıq...

Son bir il ərzində Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında daha uzun, daha davamlı sazişin əldə olunmasına yardım edir. Mən regionda bütün insanların davamlı sülhü, təhlükəsizliyi və əsas hüquqlarını təmin edən istənilən səyləri dəstəkləyirəm. Amma reallıq belədir - bu danışıqların bir iştirakçısı etnik təmizləmə kampaniyası aparır, bununla da söhbətin mənası itir.

Ona görə də ümid edirəm ki, dinləmədə iştirak edən Yuri Kim Qarabağdakı ermənilərin təcili humanitar böhranını yüngülləşdirmək üçün hansı variantlarımızın olduğunu düşündüyünü bizə deyəcək. Bakıda hökuməti nəhayət Laçın dəhlizi ilə çıxışı açmağa məcbur etmək üçün hansı variantlarımız var? Əliyevi növbəti münaqişəyə başlamaqdan çəkindirmək üçün nə edirik? Nəyə görə biz hamımızın razılaşa biləcəyimiz fəaliyyətə görə sanksiyaları daha açıq şəkildə nəzərdən keçirmirik? 

800_0_63930ad600da6.jpeg (47 KB)

Yuri Kim

Biz çoxdandır ki Əliyevlə bağlı məsələlərdən yayınmağa çalışmışıq. Mən dəfələrlə Azadlığa Dəstək Aktının Birləşmiş Ştatların onun rejiminə yardım göndərməsinə icazə verən 907-ci maddənin dondurulmasına öz dərin etirazımı bildirmişəm. Bu, açıq şəkildə Azərbaycan və Ermənistan arasında hərbi güc balansını Əliyevin xeyrinə dəyişir. Düşünürəm ki, Azərbaycanın son üç ildə atdığı addımlar mənim skeptisizmimin nə qədər əsaslı olduğunu göstərir. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bunu izləyir: Hazırda söhbət İlham Əliyevi cinayətdə mühakimə etməkdən getmir. Söhbət bu cinayətin qarşısının alınmasından gedir. Departamentin bunu necə etmək istədiyini eşitmək istərdim..." 

230418-bob-menendez-mb-1235-ec98c2.jpg (3.22 MB)

Bob Menendez

Təbii ki, dinləmələr zamanı senator Bob Menendezin bu kimi sərsəm fikirlərinə tutarlı cavab verən olmadı. Ancaq inanıram ki, olacaq. Əsas olan odur ki, Azərbaycan dövləti senator Bob Menendez kimi erməniyanların təzyiqinə baxmayaraq öz yolundan dönmək fikrində deyil. Qarabağ erməniləri Azərbaycana reinteqrasiya olunmalıdır, Ermənistan Qarabağda saxladığı hərbi birləşmələri geri çəkməlidir. Öz müttəfiqlərinə söykənən Azərbaycan onunla şantaj dilində danışan erməniləri də, onların tərəfdarlarını da yerində oturtmaq gücündədir.

 “Evnreport.com” saytının yaydığı stenoqramın linki: https://evnreport.com/new-updates/u-s-warns-baku-but-why-is-aliyev-not-opening-the-corridor/#

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR