İnsanlara hürriyət, millətlərə istiqlal!

Senat tərəfləri razılığa gəldi - Şətdaun başa çatır?

656 10.11.2025 03:58 Siyasət A A

Senatın demokrat üzvlərindən bir qrupu federal hökumətin yenidən açılmasına yönəlmiş qanun layihələri paketinə səs verməyə razılaşıb.

Musavat.com xəbər verir ki, məlumatı Axios mənbələrə istinadən yayıb. Məlumatda bildirilir ki, "Senat Demokratları bazar günü hökumətin bağlanmasına son qoya biləcək qanun layihələri paketini dəstəkləməyə hazır olduqlarını bildiriblər."

Nəşr prosedur səsverməsi zamanı ən azı 10 Demokratın bu qanun layihələrini dəstəkləməsinin gözlənildiyini qeyd edir.

Qeyd edək ki, Senatdakı Çoxluq lideri Con Tun (Cənubi Dakota Respublikaçısı) dünən hər iki partiyanın nümayəndələrinin federal hökumətin yenidən açılması ilə bağlı konstruktiv məsləhətləşmələr apardığını bildirib. Daha sonra o, müvafiq qanun layihələrinin yeni paketi üzərində işlərin aparıldığını qeyd edib, lakin təfərrüatları açıqlamayıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR