İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdən acı xəbər gəldi: ölən var

685 27.03.2023 11:37 Hadisə A A

Şəmkirdə avtomobil aşıb, sürücü ölüb.

“Report” xəbər verir ki, 1961-ci il təvəllüdlü Valeh Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə Şiştəpə-İrmaşlı kənd avtomobil yolu ilə Şəmkir şəhəri istiqamətdə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənar hissəsinə aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR