İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhv silahdan istifadə olundu, çox sayda ÖLƏN VAR - ŞOK ETİRAF

1746 29.12.2023 15:20 Dünya A A

Adı açıqlanmayan bir hərbi məmur İsrailin "Kan News" ictimai yayım şirkətinə açıqlamasında etiraf edib ki, dekabrın 24-də Mahqazi qaçqın düşərgəsinə edilən hücumlarda səhv silahdan istifadə olunub.

Musavat.com xəbər verir ki, hərbi rəsminin sözlərinə görə, bu, “külli miqdarda mülki itkilərə səbəb olub”.

Bazar günü həyata keçirilən hücumda ən azı 86 nəfər həyatını itirib və BMT ölənlərin sayının arta biləcəyini bəyan edib.

İsrail ordusunun rəsmisi "yanlış silah seçimi"nin böyük ziyan və çox sayda mülki itkilərə görə məsuliyyət daşıdığını, istifadə edilən sursatın növünün hücumun xarakterinə uyğun gəlmədiyini bildirib.

İsrail Ordusu isə mülki vətəndaşların itokisindən kədərləndiyini və hadisədən dərs alındığını bildirib: “İlkin araşdırma nəticəsində məlum olub ki, hücumlar zamanı hədəflərin yaxınlığında yerləşən əlavə tikililər də vurulub və ola bilsin ki, bu hücumda iştirak etməyən mülki şəxslərə zərər vurub”.

ABŞ-ın "NewYorkTimes" qəzeti İsrailin müharibə başlayandan bəri ilk dəfə belə bir etirafa imza atdığına diqqət çəkərək, İsrail qüvvələrinin ABŞ-ın göndərdiyi təxminən 1000 kiloqramlıq bombalardan istifadə etdiyini xatırladıb. Hərbi ekspertlər bu bombaların mülki əhalinin sıx olduğu bölgələrə uyğun olmadığını bildirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR