İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid bacısı əməliyyatdan 3 gün sonra vəfat etdi - Foto

1272 22.10.2022 22:54 Hadisə A A

Azərbaycan Dövlət Aqrar Universitetinin ADAU) tələbəsi əməliyyatdan 3 gün sonra vəfat edib.

Musavat.com APA-ya istinadla xəbər verir ki, Şəmkir rayon Ağlavaşlı kənd sakini Ruhəngiz Məhərrəmova bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Əməliyyatı həyata keçirən cərrah Rövşən Xəlilzadə bildirib ki, R.Məhərrəmova oktyabrın 19-da beyin əməliyyatı olunub. Bu gün isə qəfildən halı pisləşib: "Bütün tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin üçüncü kurs tələbəsi olmuş Ruhəngiz Məhərrəmova İkinci Qarabağ müharibəsində şəhid olmuş Qurban Qəzənfərlinin bacısıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR