İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyimizə terror hücumu İranı xoflandırıb

818 04.03.2023 10:45 Gündəm A A

Güneyə qarşı növbəti həqarət; ekspert: “Tehranı ən çox qorxudan bu taydakı milli şüurun güney azərbaycanlılara hakim kəsilməsidir...”

Xəbər verildiyi kimi, İran hakimiyyəti Güney Azərbaycanın Təbriz şəhərindəki universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzini bağlayıb. Bu haqda mərkəzin sosial şəbəkədəki səhifəsində bildirilib. Məlumata görə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb. Vurğulanıb ki, mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub.

Sosial mediada “Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir” paylaşımı edilib.

Qeyd edək ki, Tehran rejimi əvvəllər də bu mərkəzin üzvlərinə qarşı təzyiqlər göstərib, təqib edib. Bir neçə il əvvəl Təbriz Universitetinin Əkinçilik və kənd təsərrüfatı fakültəsinin tələbəsi Əfsanə Toqir həbs edilmiş, işgəncəyə məruz qalmışdı.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında İranın dini rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi, Bakıdakı İran Mədəniyyət Mərkəzinin rəhbəri Əliəkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi və “Hüseyniyyə” məscidinin fəaliyyəti dayandırılıb. Ondan sonra Azərbaycan dövlətinin əleyhinə, İranın isə xeyrinə casusluq edən bir çox şəxslərin silsilə həbsləri həyata keçirilib. Bu həbslər vaxtaşırı davam edir.

Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə İran ən aşağı səviyyədə - xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunmuşdu. İlk dəfə olaraq, nə prezident, nə də XİN rəhbəri Bakıya gəlmişdi.

Molla rejimi bununla nəyə nail olmaq istəyir? Səfirliyimizə xain terror hücumundan sonra niyə daha da xoflanıb?

Adil Əliyevin şəxsi təhlükəsizliyi təmin edilməlidir” – İlham İsmayıl Yeni  Sabah

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, İran şahın dövründə, sonrakı dönəmlərdə azərbaycanlıların aktiv siyasi fəaliyyətini görüb xoflanıb: “Ötən əsrin 21-ci ilindən Azərbaycana qarşı fəaliyyətə başlayıblar. Bu məsələlər Pişəvəri höküməti dövründə qalxsa da, baş tutmadı. Bundan sonra get-gedə sərtləşmə siyasəti aparıldı, 1946-cı ildən isə sərtləşmə mümkün qədər artırıldı və bu günə qədər də eyni siyasət davam edir. İranın ən çox qorxduğu milli şüurun oyanması, milli haqların tələb olunmasıdır. Nəticə etibarı ilə Güney Azərbaycanın bunların əlindən çıxmasıdır. Zaman-zaman İran siyasiləri dilə gətirir ki, Güney Azərbaycan İrandan qopa bilər. Bunların məqsədi odur ki, milli şüur oyanmasın. Təbriz şəhərindəki universitetdə Azərbaycanşünaslıq Mərkəzinin bağlanması da bu baxımdan təəccüblü deyil”.

İlham İsmayıl deyir ki, ötən ilin payızından Azərbaycanda Güney Azərbaycanla bağlı məsələlərin rəsmi səviyyədə təbliğ olunması İranı çox narahat edir: “Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimləri İranı narahat etmir. Azərbaycan ordusunun döyüş qabiliyyəti də İran üçün narahatedici deyil. İranı qorxudan milli şüurun oyanması, Azərbaycanda yaranan milli şüurun İrandakı azərbaycanlılara hakim kəsilməsidir. Bundan son dərəcədə qorxur, xoflanırlar. İran hərbi təlimlərinə qarşı Azərbaycanın hərbi təlimlər keçirməsi göstərdi ki, onlardan qorxmuruq. Əksinə, bundan sonra Azərbaycan ideoloji mübarizəni gücləndirdi. Ona görə də Təbrizdə Azərbaycanşünaslıq Mərkəzinə hücum təşkil edir, oradakı mütəxəssisləri həbsə alırlar”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR