İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir təkzib etdi: "Hərbi attaşe ölməyib"

646 25.04.2023 01:24 Son xəbər A A

Misirin Sudandakı səfiri Hani Salah bazar ertəsi hərbi attaşenin köməkçisinin Xartumda avtomobilinə hücum nəticəsində həlak olması ilə bağlı xəbərləri təkzib edib. Bu barədə Misir Xarici İşlər Nazirliyi "Facebook"da məlumat yayıb.

Səfirliyin rəhbəri təsdiqləyib ki, o, son dərəcə çətin şəraitdə üzərinə düşən vəzifələri yerinə yetirməyə davam edəcək.

Bundan əvvəl Sudan Silahlı Qüvvələri rəsmi açıqlama yayaraq, çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlılar) Xartumda küçələrdən birində Misir hərbi attaşesinin köməkçisinin avtomobilini atəşə tutduğunu və nəticədə diplomatın öldüyünü bildirmişdi.

Sudan ordusu və xüsusi təyinatlıları mütəmadi olaraq xarici dövlətlərin diplomatik nümayəndəliklərinə və beynəlxalq təşkilatların mənzil-qərargahlarına hücumlarla bağlı ittihamlar mübadiləsi aparırlar.

Hələlik tərəflərdən heç biri münaqişə zamanı hər hansı hücuma, xüsusən də Amerika diplomatik karvanının atəşə tutulmasına, Xartumdakı Aİ səfirinin iqamətgahına və BMT-nin Ümumdünya Ərzaq Proqramının qərargahına hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR