İnsanlara hürriyət, millətlərə istiqlal!

Səbinə Əliyeva “Bayern Open”dən imtina edib

739 01.02.2024 14:07 İdman A A

Azərbaycan fiqurlu konkisürəni Səbinə Əliyeva “Bayern Open” turnirinə qatılmayıb.

İdman.biz xəbər verir ki, təmsilçimiz Almaniyada yeniyetmə qızların mübarizəsində iştirak etməli idi.

O, yanvarın 31-də qısa proqramla çıxış etməli olan 28 idmançı arasında yer almışdı. Lakin Əliyeva qeyri-müəyyən səbəblərdən turnirdə iştirakdan imtina edib.

Qeyd edək ki, ötən ay Türkiyənin İzmir şəhərində keçirilən “Ephesus Cup” turnirində ikinci yeri tutan Əliyeva yeniyetmələrin dünya çempionatına vəsiqə qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR