İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sea Breeze” işi yekunlaşdı – gənc müttəhimlər azadlığa buraxıldılar

856 12.03.2024 21:52 Ölkə A A

Sabunçu Rayon Məhkəməsində “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı daha bir cinayət işinin araşdırılması yekunlaşıb.

Musavat.com xəbər verir ki, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Amin Şəkərəliyev Cavad Muradovla Şamxal Məmmədovun 2 il müddətində azadlıqdan məhrum edilmələrini istəyib.

Martın 12-də keçirilən prosesdə şahid qismində Elnur Məmmədov ifadə verib. O, bildirib ki, Şamxal Məmmədovun ümumiyətlə bu işə aidiyyatı yoxdur. Cavad Muradov isə hər hansı bir davada iştirak etməyib, mübahisə zamanı onu sakitləşdirib. Elnur Məmmədov Cavad Muradovun kiməsə xəsarət yetirməsinin şahidi olmadığını da hakimin diqqətinə çatdırıb. Bundan sonra şahid hakimin, dövlət ittihamçısının suallarını cavablandırıb. Elnur Məmmədov deyib ki, ibtidai istintaqa verdiyi ifadəsini oxumadan imzalayıb.

Şahidin dindirilməsindən sonra iş üzrə zərərçəkənlər Məhəmməd Həsənzadə, Peyman Vəlizadə, Elgün və Elmir İsmayılovlar ifadə veriblər. Onlar Cavad Muradov və Şamxal Məmmədovdan hər hansı bir şikayət və tələblərinin olmadığını, onların əməllərindən zərər çəkmədiklərini bildiriblər.
Vəkillər çıxışlarında müvəkkillərinə ittiham üzrə bəraət verilməsini, onların məhkəmə zalından azad olunmalarını xahiş ediblər. Məhkəmədəki son sözlərində Cavad Muradovla Şamxal Məmmədov barələrində ədalətli hökm çıxarılmasını istəyiblər.

Hakim müşavirə otağına yollanıb. Oradan qayıdandan sonra Cavad Muradovla Şamxal Məmmədovun 1 il 6 ay müddətinə şərti cəzaya məhkum olunmaları haqda hökmü elan edib. Hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıblar.

 

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR