İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarmazanovdan Paşinyanla bağlı ŞOK SÖZLƏR

942 27.12.2023 15:50 Region A A

“Ermənistandakı və Qarabağda yaranan hazırkı vəziyyət baş nazir Nikol Paşinyanın savadsız, populist və avantürist addımlarının nəticəsidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş hakim Respublika Partiyasının İdarə Heyətinin üzvü Eduard Şarmazanov deyib.

“Paşinyanın etdiklərinin siyasətlə heç bir əlaqəsi yoxdur. Onun addımları siyasətdən xeyli uzaqdır”, - deyə Şarmazanov qeyd edib.

O, Paşinyanın açıq şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan ilk erməni lider olduğunu bildirib.

Revanşist siyasətçinin fikrincə, Ermənistan baş nazirinin xarici oyunçulara münasibəti Ukrayna cəbhəsindəki vəziyyətdən asılı olaraq dəyişir, lakin ümumilikdə Paşinyan Ankaranın ona diktə etdiyi şeyi edir. Bu nöqteyi-nəzərdən Nikol Paşinyanın xarici siyasət kursu Rusiya və ya qərbyönlü deyil, Türkiyəyönümlüdür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR