İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarmazanov: ”Fasilə vermək lazımdır, çünki bizə ən pis şərtlər qoyulub”

2587 23.03.2022 01:32 Region A A

Ermənistan Respublika Partiyasının icra orqanının üzvü Eduard Şarmazanov iddia edib ki, “Artsax xalqının” (?!) öz müqəddəratını təyinetmə hüququ məcburi şəkildə möhkəmləndirilmədən Azərbaycanla sülh müqaviləsi bağlamaq yolverilməzdir.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

“Mən erməni dilində danışıram: Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun məcburi şəkildə möhkəmləndirilməsi olmadan Azərbaycanla delimitasiya və demarkasiyaya getmək qəbuledilməzdir. Artsaxın təhlükəsizliyi və müstəqilliyi məsələsi həll olunmayanda hansı sülh müqaviləsindən, ərazi bütövlüyünün tanınmasından danışırıq? 1974-cü ildən Kiprin türklərlə problemi var, lakin onlar təzyiqlərə baxmayaraq, türk şərtləri ilə sülh müqaviləsi bağlamaqdan imtina edirlər. Serbiya da eyni mövqedədir, təzyiqlərə baxmayaraq, Kosovonu tanımaqdan imtina edir. Ermənistan Türkiyə-Azərbaycan şantajına niyə uymalıdır?”-Şarmazanov sayıqlamalarını davam etdirib. O, təklifini də səsləndirib: “Min dəfə demişəm: indi fasilə vermək lazımdır, çünki bizə ən pis şərtlər qoyulub. Bu qədər karyerist, bu qədər antimilli və öz dövlətinə bu qədər nifrət edə bilməzsən”.

Sonda isə “səs verdilər” də, indi dövləti tamam dağıtmalısan? - deyə, Paşinyana xitab edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR