İnsanlara hürriyət, millətlərə istiqlal!

Sandunun Rumıniya ilə birləşmə açıqlaması 3 paytaxtı həyəcanlandırıb

1463 15.01.2026 19:03 Dünya A A

Moldova prezidenti Maya Sandunun Britaniya jurnalistlərinə ölkəsinin Rumıniya ilə birləşməsinə səs verməyə hazır olması həm moldovanları, həm də rumınları həyəcanlandırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Moldova müxalifət partiyaları Sandunun istefasını tələb ediblər. Prezidenti dəstəkləyən və parlamentdə çoxluğu təmsil edən PAS partiyası Sanduya dəstək verməyin Moldovanın suverenliyindən imtina demək olduğunu başa düşərək susub. Buxarestdə parlament üzvləri Rumıniya prezidentini Moldova ilə birləşməklə bağlı referendum keçirilməsini müzakirə etməyə çağırdılar. Qaqauz muxtariyyatıi və “Dnestryanı bölgə” respublikanın statusunun dəyişməsi halında öz müqəddəratını təyinetmə hüququna istinad edəcəyini bəyan edib.

Rumıniyalı siyasətçi və parlament üzvü Aleksandrin Moiseyev Rumıniyanın Moldova ilə birləşməsinə dair referendum keçirilməsinin lehinə çıxış edib. O, bu barədə sosial mediada yazıb və Maya Sandunun Britaniyanın "The Rest is Politics" podkastında verdiyi açıqlamanı “misli görünməmiş” adlandırıb. Moiseyev bu məsələ ilə bağlı referendum keçiriləcəyi təqdirdə Rumıniya ilə birləşməni dəstəkləməyə hazır olduğunu bildirib.

O, qeyd edib ki, Moldova rəhbəri bu variant haqqında ilk dəfədir ki, bu qədər açıq danışır və bu kontekstdə o, Rusiyanın təzyiqini və regionda demokratiyanın qorunmasında artan çətinlikləri də nəzərə alıb.

Xatırladaq ki, Rumıniya 1918-ci ildən 1940-cı ilə qədər indiki Moldova ilə vahid dövlətdə olub. Bundan əvvəl, Buxarest müqaviləsinə əsasən, Moldova 1812-ci ildən Rusiya imperiyasının tərkibində yaşayıb.
Belə anlaşılır ki, Sandunun Rumıniya ilə birləşmə təşəbbüsü təkcə Buxarest və Kişinyovda yox, Moskvada da böyük həyəcan doğurub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR