İnsanlara hürriyət, millətlərə istiqlal!

Samirə Əşrəfin yeni kitabının təqdimatı keçirildi

652 21.05.2022 12:22 Mədəniyyət A A

Mayın 20-də Bakı Kitab Mərkəzində yazıçı Samirə Əşrəfin “Mənim üçün qızılgül” adlı ilk hekayələr kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, təqdimatı giriş sözü ilə Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı açaraq gələn qonaqları salamlayıb, müəllifin ilk kitabı haqqında ürək sözlərini bildirib.

Bundan sonra professor, ədəbi tənqidçi Cavanşir Yusifli, millət vəkili, yazıçı Aqil Abbas, tənqidçi İradə Musayeva və kino tənqidçi Sevda Sultanova Samirə Əşrəfin yeni kitabı barədə öz fikirlərini bildiriblər. Sonda müəllif qonaqlar üçün kitablarını imzalayıb.

Qeyd edək ki, “Alatoran” yayınlarında işıq üzü görən kitaba müəllifin son on ildə yazıdğı on iki hekayə daxildir.

“Mənim üçün qızılgül” kitabının redaktoru Cavanşir Yusiflidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR