İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda iki narkotacir saxlanılıb

679 31.08.2022 14:08 Kriminal A A

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Sarvan kənd sakini Fərhad Səmədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Dindirilmə zamanı F.Səmədov narkotikləri tanışı Müşfiq adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq Salyan rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Müşfiq Quliyev də saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman isə onun üzərindən müxtəlif çəkidə heroin və metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR