İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyan rayon sakinindən külli miqdarda tiryək və heroin götürülüb

437 08.09.2022 10:15 Kriminal A A

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Əbülfəz Cavadov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən onun yaşadığı ünvana keçirilən baxış zamanı təmiz çəkisi 315 qram olan tiryək və 28 qram olan heroin aşkarlanıb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğu etiraf edib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR