İnsanlara hürriyət, millətlərə istiqlal!

Şakiradan sonra ilk dəfə sevgilisi ilə fotosunu paylaşdı  

792 26.01.2023 14:58 Şou-biznes A A

Dünyaca məşhur müğənni Şakira ilə 12 illik romantik birgəliyinə xəyanət ilə son qoyan futbolçu Jerard Pike yeni fotosu ilə gündəmə gəlib.

Musavat.com xarici mətbuata istinadən bildirir ki, 35 yaşlı futbolçu Şakiradan ayrıldıqdan sonra ilk dəfə özündən 12 yaş kiçik olan sevgilisi Klara Çia Marti ilə birgə şəklini İnstaqramda paylaşıb. Fotoya minlərlə şərh yazılıb.

Müğənninin eks-sevgilisinə söz atdığı mahnısının müzakirə yaratdığı bir zamanda Pikenin ona belə qarşılıq verdiyi iddia olunur.

Qeyd edək ki, 45 Şakira bu yaxınlarda keçmiş qayınanasının evinə baxan eyvanına böyük bir cadugər fiqurunu yerləşdirməsi ilə gündəmə gəlmişdi.

O həmçinin son mahnısındakı "Məni qayınanama, qapımdakı mətbuata və hökumətə borclu qoyub getdin, incitdiyini sandın, amma məni daha güclü etdin" ifadələri diqqət çəkmişdi.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR