İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibkarlara xoş xəbər-2024-cü ilin 1 yanvarınadək...

862 01.02.2023 16:06 İqtisadiyyat A A

Milli Məclisin yaz sessiyasının ilk iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi.

Musavat.com xəbər verir ki, sənədə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2024-cü il yanvarın 1-nə qədər uzadılmasını təsdiqləndi.

Qanun layihəsində qeyd olunub ki, hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2023-cü il yanvarın 1-də bitib. Dəyişikliklə yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır.

Ancaq qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR