İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “İrəli sürülən təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb”

371 17.03.2023 12:19 Siyasət A A

Milli Məclisin iclasında çıxış edən spiker Sahibə Qafarova Baş nazir Əli Əsədovun rəhbərliyi ilə hökumət üzvlərini, həmçinin deputatları salamlayaraq, bildirib ki, bu gün parlamentin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir.

Musavat.com-un xəbərinə görə, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini əldə etməyə imkan yaradıb. Dövlət başçısı tərəfindən ölkəmizin inkişafı sahəsində strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlülüyü və səmərəliyi yüksəldib. Ötən il ümumi daxili məhsul 4,6 faiz artıb. Xüsusi vurğulanmalıdır ki, iqtisadi artım əsasən qeyri-neft sektoru hesabına əldə olunub, ixrac 2 dəfədən çox artıb, ölkənin valyuta ehtiyatları il ərzində 5,3 milyard dollar artaraq 58,5 milyard dollara çatıb. Bu gün Azərbaycanın malik olduğu resurslar böyükmiqyaslı infrastruktur layihələrini həyata keçirməyə imkan verir. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Azərbaycan Respublikasının nail olduğu inkişaf səviyyəsini möhtərəm Prezidentin bu sözləri çox gözəl ifadə edir: “Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil””, - spiker vurğulayıb.

S.Qafarova bildirib ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır: “Ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülən təkliflər, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilib. Eyni zamanda, artıq 3 ildir ki, hesabata ayrıca olaraq, Milli Məclis deputatlarının sosial və infrastruktur obyektlərinin əsaslı təmirinə və tikintisinə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflərinin icrası barədə məlumat da daxil edilib. Düşünürəm ki, deputatlar bugünkü müzakirədə də fəal iştirak edəcəklər və səmərəli təkliflər irəli sürəcəklər”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR