İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahdağ Milli Parkında yanğın başladı

394 15.08.2022 18:12 Hadisə A A

Qəbələdə milli parkda yanğın baş verib.

Musavat.com "Qafqazinfo"a istinadən xəbər verir ki, yanğın rayonun Tikanlı kəndində, Şahdağ Milli Parkının ərazisində qeydə alınıb.

Hazırda yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi və meşə təsərrüfatı işçiləri cəlb olunub.

Yanğın davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib. O bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib: “Hazırda ETSN və FHN əməkdaşlararı yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR