İnsanlara hürriyət, millətlərə istiqlal!

Safurə həyat yoldaşı ilə qızının məzun günündə - FOTO

1977 20.06.2025 21:43 Şou-biznes A A

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva ailə fotolarını izləyiciləri ilə bölüşüb.

Müğənni övladlarının növbəti məktəb mövsümünü başa vurduğunu bildirib. O, qızı Aişənin birinci sinfi bitirdiyini vurğulayıb.

Fotoda Safurənin həyat yoldaşı Fərhad Əliyev, övladları İsgəndər, Natiq və Aişə yer alıb. 

Safurə paylaşımına "Qürurlu valideyn anı - ulduzlarımız parlayır. Növbəti sinif, gəldik" sözlərini yazıb.

Qeyd edək ki, S.Əliyeva sabiq energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlük Türkiyədə yaşayır.  (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR