İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabranda bir neçə ev yanıb - sakinlər təxliyə edilir

908 16.08.2022 15:00 Hadisə A A

Şabran rayonunun Zöhrəmli kəndi ərazisində biçilmiş taxıl sahələrində baş verən yanğınlar nəticəsində bir neçə ev yanıb.

Musavat.com-un Report-a istinadən məlumatına görə, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10-dan artıq yanğınsöndürən avtomobili, canlı qüvvəsi və Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

İlkin məlumata görə, yanğın təhlükəsizliyni nəzərə alaraq Zöhrəmli kəndindən sakinlər təxliyə edilir.

Əlavə məlumat veriləcək.

xxx

Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın başlayıb.

Bunu Musavat.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür:

“Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR