İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabranda ağır yol qəzası olub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

451 14.08.2022 16:23 Hadisə A A

Şabranda avtomobil qəzası baş verib.

Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun rayonun Çuxurəzəmi kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, (kimliyi dəqiqləşdirilir -red). Eyni zamanda Şabran rayon sakinləri - 1958-ci il təvəllüdlü İbrahimov Gülmirzə Əlifşalı oğlu, 1959-cu il təvəllüdlü İbrahimova Gülümnaz Əlisahib qızı, 1986-cı il təvəllüdlü İbrahimova Xuraman Heydər qızı və Sumqayit şəhər sakini 1957-ci il təvəllüdlü Türbətov Məhəmməd Əmirulla oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR