İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabirabad bazarındakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB FOTO VİDEO

2906 23.10.2022 00:16 Hadisə A A

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən Sabirabad şəhəri ərazisində yerləşən bazarda yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə Musavat.com-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Yanğının mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi işlərinin sürətləndirilməsi məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin yaxın rayonlarda yerləşən hissələrindən əlavə qüvvələr qısa müddətdə hadisə yerinə cəlb olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Sakinlərin Musavat.com-a verdiyi məlumata görə, hazırda yanğın davam edir və demək olar ki, bütün bazarı bürüyüb.

Əlavə məlumat veriləcək.

aaaaa.JPG (29 KB)

556.JPG (19 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR