İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlı: “AŞPA özünə sayğısızlıq göstərdi”

495 25.01.2024 15:34 Siyasət A A

"AŞPA-dan və Qərbin müxtəlif qurumlarından bu addımları həmişə gözləmişik. 35 il Azərbaycan torpaqlarının işğal olunmasına, təcavüzə məruz qalmasına, 1 milyon azərbaycanlının evindən didərgin düşməsinə Avropa göz yumub. Üstəlik, əleyhimizə 907-ci düzəlişi xatırlatmaq istərdim. Dünyanın ikili standartlarla hərəkət etdiyi, ermənipərəstliyi, xristian dünyasının hələ də səlib düşüncəsi ilə yaşaması hər kəsə bəllidir”.

Bu fikirləri Musavat.com-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

O vurğulayıb ki, son dövrdə Fransanın başıxarab, cinsi bəlli olmayan prezidentinin liderliyində Azərbaycana qarşı ittihamlar, çağırışlar, müxtəlif təzyiq mexanizlərimə əl atması da Avropanın riyakar və saxtakar olduğunu göstərir:

“AŞPA özünə sayğısızlıq göstərdi. Azərbaycanın ərazisinin işğal altında olması ilə bağlı haqlı mövqeyi dəfələrlə AŞPA-da müzakirə olunub. Mənə elə gəlir ki, Azərbaycan nümayəndə heyətinin 76 deputatın “lehinə” səs verdiyi sənədə etiraz olaraq iclaslarda iştirak etməmək barədə qərarı son dərəcə doğrudur. Azərbaycan dövləti öz iradəsini göstərir. Bu, Azərbaycana qarşı haqsızlıqlara doğru reaksiyadır”.

S.Rüstəmxanlının fikrincə, bununla yanaşı, bəzi məsələlərə diplomatik səriştə ilə yanaşmaq lazımdır:

“Avropa ölkələri, bir sıra Qərb təşkilatları bəzən bizə bu cür münasibət göstəriblər, göstərməyə davam edirlər. Hər kəsə meydan oxumaq tonu ilə danışmağı doğru hesab etmirəm. Haqlı olduğumuz üçün hüquq dili ilə təmkinli cavab verməliyik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR