İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq Türkiyə səfiri Paşinyanı təbrik etdi: “Sülh əldə olunarsa...”

1912 30.05.2024 13:01 Siyasət A A

“Ermənistan baş naziri Nikol Paşinyanı təbrik etmək istəyirəm. Bugünkü gerçəyi görən, qəbul edən Paşinyan erməni xalqının gələcəyini düşünən və gələcək nəsillərə problem buraxmaq istəməyən bir lider olduğunu göstərir”.

Bu fikirləri Musavat.com-a Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA İB Türkiyə Təmsilçisi Hulusi Kılıç deyib.

Keçmiş diplomat 1991-ci ildə müstəqilliyini əldə edən Ermənistanın bugünkü vəziyyətinə diqqət çəkib:

kilic4.jpg (262 KB)

“Ermənistanın 30 il ərzindəki vəziyyəti göz önündədir. Qonşularına kin və nifrət bəsləyən, Azərbaycan torpaqlarını işğal edən, soyqırım yalanını davam etdirən, diasporanın “əsiri” olan eks Ermənistan liderləri erməni xalqına böyük zərər veriblər. Bu kin, nifrət, intiqam və işğalçı siyasət erməni xalqını yoxsullaşdırdı, Ermənistandan köç etmək məcburiyyətində buraxdı. 1991-ci ildə 3,5 milyon əhalisi olan Ermənistanda bu gün əhalinin sayı 7 milyon ola bilərdi, lakin real rəqəM 2-2,5 milyondur. Azərbaycanla sülh müqaviləsi imzalansa, türk və azərbaycan xalqları keçmişdə olduğu kimi, bundan sonra da erməni xalqı ilə çörəyini bölüşməyə hazırdır. Xalqlar arasında kin, nifrət yoxdur. Ancaq siyasətçilərə görə xalqlar ziyan çəkir”.

H.Kılıç vurğulayıb ki, Paşinyan tarixi Ermənistan torpaqları üzərində qurulan siyasətin yanlış olduğu gördü:

“Paşinyan bugünkü gerçəyi idrak etdi. Paşinyan Azərbaycan ilə sülhün Türkiyə ilə münasibətlərin normallaşması üzərindən keçəcəyini anladı. O, sülhün əldə olunacağı təqdirdə, erməni xalqının bölgədəki zənginliklərdən yararlanacağını və xalqın rifahının artacağını çox yaxşı anladı. Bu prosesin qısa zamanda yekunlaşacağını gözləyirik. Sülh və münasibətlərin normallaşması prosesi bölgədə inkişafa təkan verəcək və bölgə xalqları arasında dostluğa xidmət edəcək. Ermənistan xalqının Paşinyanın yanında duraraq ona dəstək verməsi, beləliklə gələcəyini bugündən hazırlamalı olduğunu düşünürəm”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR