İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq DTX rəhbəri Məsimova 18 il iş verdilər - Generalların işi

2238 24.04.2023 23:36 Son xəbər A A

Astana şəhərinin cinayət işləri üzrə ixtisaslaşdırılmış rayonlararası məhkəməsində DTX-nin keçmiş rəhbəri Kərim Məsimov barəsində cinayət işi üzrə hökm elan edilib.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, müttəhimlər kürsüsündə Məsimovun keçmiş müavinləri Anuar Sadıkulov, Daulet Yerqojin, Marat Osipov da olub. Məhkəmədə işə “Tamamilə məxfi” qrifi ilə baxılıb.

Məsimov və Sadıkulov dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunublar. 

Yerqojin hakimiyyəti zorla ələ keçirməkdə, Osipov səlahiyyətlərini və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunub.

 Məhkumların general rütbələri və dövlət mükafatlarından əllərində alınıb.

Hökm qanuni qüvvəyə minməyib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR