İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq bələdiyyə sədri məhkəmənin uzanmasına etiraz edib

778 30.08.2022 14:30 Hadisə A A

Külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Musavat.com APA-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş dindirilib. Zərərçəkmiş ifadəsində bacılara 200 min manat verdiyini deyib və ziyanın ödənilməsini tələb edib.

Hakim iclasa yalnız bir zərərçəkmişin gəldiyini dedikdə Aytac Əliyeva ağlayaraq məhkəmənin uzadılmasına etiraz edib.
O, proses uzandıqca şahidlərin öyrədildiyini deyib.

Proses sentyabrın 6-da davam etdiriləcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR