İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq baş nazir sevgilisinin mahnısına oynadı - VİDEO

339 12.07.2026 17:52 Dünya A A

Kanadanın sabiq baş naziri Castin Trüdo ilə sevgilisi amerikalı müğənni Keti Perrinin birlikdə yer aldığı "TikTok" videosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, yayılan görüntülərdə Trüdo Keti Perrinin yeni təqdim olunduğu bildirilən "Watch It Burn" adlı mahnısının tanıtım videosunda ritmə uyğun rəqs edib.

Videoda yaşıl köynəkdə görünən sabiq baş nazir tur avtobusları və yük maşınlarının fonunda çəkilən kadrlarda kifayət qədər enerjili hərəkətləri ilə diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri onun bu görüntülərini təəccüblə qarşılayıb və video qısa müddətdə geniş yayılıb.

Qeyd edək ki, Trüdo və Perri ilk dəfə 2025-ci ilin yayında birlikdə görüntüləniblər. Cütlük sonradan münasibətlərini ictimailəşdirib və müxtəlif tədbirlərdə birgə iştirak ediblər.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR