İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərkicahanın ilk mülki şəhidlərindən biri - Onu meşədə qətlə yetirmişdilər

506 12.07.2026 16:29 Ölkə A A

1988-ci ildən başlayaraq Qarabağda azərbaycanlı mülki əhaliyə qarşı törədilən terror və zorakılıq aktlarının qurbanlarından biri də Kərkicahan sakini Səfərov Orduxan Aydın oğlu olub.

Məlumata görə, Orduxan Səfərov 12 iyul 1989-cu ildə Şuşadan Kərkicahan qəsəbəsinə qayıdarkən yol üzərində yerləşən meşəlik ərazidə erməni silahlı dəstələrinin hücumuna məruz qalıb. O, hücum nəticəsində amansızcasına qətlə yetirilib.

Hadisə Qarabağ münaqişəsinin ilk illərində azərbaycanlı dinc sakinlərə qarşı törədilən silsilə hücumlardan biri kimi yadda qalıb.

Orduxan Səfərov ailəli olub. Onun faciəli şəkildə həlak olması ailəsi, yaxınları və Kərkicahan sakinləri üçün böyük itkiyə çevrilib. Bu gün də onun xatirəsi doğmaları və həmkəndliləri tərəfindən ehtiramla yad edilir.

Allah rəhmət eləsin!

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR