İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtlı məktəbli tarixə düşdü - FOTO

481 12.07.2026 14:56 Təhsil A A

Sumqayıt şəhərinin məktəblisi beynəlxalq olimpiada tarixində Azərbaycan adına əlamətdar uğura imza atıb.

Musavat.com xəbər verir ki, Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) Azərbaycan komandası son 20 ilin ən yüksək nəticəsini əldə edib.

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin şagirdi Zeynəb Məhəmmədli olimpiadada gümüş medal qazanaraq Beynəlxalq Fizika Olimpiadası tarixində bu uğura nail olan ilk azərbaycanlı qız şagird kimi tarixə düşüb.

Qeyd edək ki, Zeynəb Məhəmmədlinin qazandığı uğur həm Sumqayıt, həm də Azərbaycan təhsilinin beynəlxalq arenada növbəti mühüm nailiyyəti kimi qiymətləndirilir.

zeynəb.jpg (41 KB)

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR