İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabahdan bu bürclərin həyatı dəyişəcək

13316 04.12.2025 17:22 Astrologiya A A

5 Dekabr saat 02:14-də Əkizlər bürcünün 13-cü dərəcəsində Dolunay baş verəcək.

Əkizlər bürcü — ünsiyyət, hər cür kommunikasiya mövzuları, anlaşmalar, qısa səfərlər, təhsil kimi sahələrlə əlaqəlidir. An xəritəsində ünsiyyət, təhsil və səfərləri təmsil edən 3-cü və 9-cu evlər də hərəkətə gəldiyi üçün bu mövzuların xüsusilə vurğulandığı bir Dolunay olacaq.

QOÇ

Həyat sizi sürətli qərar verməyə itələyə bilər. Sosial çevrənizlə ünsiyyət artar. Gecikmiş xəbərlər ala bilərsiniz. Kursa başlamaq, imtahana girmək, təqdimat etmək, sənəd işlərini toparlamaq, imza atmaq, sosial media üzərindən qazancı artırmaq və layihə başlanğıcları üçün uyğun zamandır. Qısa səfər planı edə və ya qardaşlar, qohumlarla bağlı qarışıq mövzuları aydınlaşdıra bilərsiniz.

BUĞA

Pul gəlir–çıxar mövzularında əhəmiyyətli analiz və qərarlar mərhələsindəsiniz. Sabit gəlir modelini dəyişdirmək istəyə bilərsiniz. Uzunmüddətli yatırım və kreditlər gündəmə gələ bilər. Gözlədiyiniz toplu pulları ala bilərsiniz. Elektron cihazlar almaq, media və internetə yatırım etmək haqqında qərarlar verə bilərsiniz. Avtomobil alqı-satqısı ilə bağlı mövzular da gündəmdə ola bilər. Dəyərləriniz və düşüncəniz dəyişə bilər.

ƏKİZLƏR

Şəxsi həyatınız, kimliyiniz və görünüşünüzlə bağlı önəmli qərarlar verə bilərsiniz. Özünəinamınız və ifadə gücünüz arta bilər. Zehni və fiziki yorğunluq yaşamamaq üçün balansı qorumaq lazımdır. Sağlamlıq yoxlamalarına gedə bilərsiniz. Marketinq, reklam, təhsil və səyahət mövzularında məsuliyyət alsanız yüksəliş mümkündür. İş görüşmələri, təqdimatlar və sənəd işləri gündəmdə ola bilər.

XƏRÇƏNG

Gizli məlumatların ortaya çıxması və ya əvvəllər görmədiyiniz detalların diqqət çəkməsi mümkündür. Tək qalaraq təqdimata, imtahana və ya layihəyə hazırlaşa bilərsiniz. Qidalanma və yuxu rejiminiz dəyişə bilər. Uzaq bir ailə üzvü evinizə qonaq gələ və ya siz gedə bilərsiniz. Ruhsal çalışmalar üçün əlverişli dövrdür.

ŞİR

Sosial həyat və komanda işlərində parlayacağınız bir dövr ola bilər. Maliyyə baxımından şanslısınız: gəlir artışı, bonus, ikiqat maaş və ya toplu pul ala bilərsiniz. Gələcəyə dair planlarınızı dəqiqləşdirə bilərsiniz. Dostluqlarda diqqətçəkən hadisələr ola bilər. Kütləvi tədbirlərə qatıla bilərsiniz. İdmanla bağlı işlərdən də fayda görə bilərsiniz.

QIZ

Karyerada bilik və bacarığınız ön plana çıxır. Cəmiyyətdə imiciniz diqqət çəkə bilər. İş yoldaşlarınızla əhəmiyyətli fikir mübadilələri edə bilərsiniz. İş dəyişimi, yüksəliş və vəzifə dəyişikliyi mümkündür. İş və şəxsi əlaqələrdə ciddiyyət və məsuliyyət ön plana çıxır. Realist davransanız Dolunay sizə mükafat gətirə bilər.

TƏRƏZİ

Həyata baxışınız daha pozitivləşə bilər. Media, hüquq, təhsil, akademiya və xaric mövzularında qərarlar verə bilərsiniz. Ticarətdə inkişaf mümkündür. Uzaqda yaşayan yaxınlarınızla səmimi əlaqələr qura bilərsiniz. Yeni təcrübələrə açıq ola bilərsiniz. Səfər və yer dəyişdirmə mövzuları aktivləşə bilər.

ƏQRƏB

Krizli bir mövzu həll oluna bilər və psixoloji olaraq rahatlaşa bilərsiniz. Ortaq maliyyə məsələlərinə fokuslana bilərsiniz. Cebinizə əlavə gəlir daxil ola bilər. Borc–alacaq vəsaitləri tamamlanır. Həyat yoldaşınızın və ya ortağınızın gəlirləri ilə bağlı sevindirici xəbərlər ala bilərsiniz. Tibbi əməliyyat mövzusu gündəmdə ola bilər.

OXATAN

Əlaqələrdə önəmli hadisələr və dəyişikliklər yaşaya bilərsiniz. Sizə rəqabət aparan insanların əsl siması ortaya çıxa bilər. Ailə və ailə kimi gördüyünüz şəxslərlə bağlı məsuliyyət və ünsiyyət önəmli olur. Əmlak, köç, miras kimi səbəblərlə rəsmi işləri həll edə bilərsiniz.

OĞLAQ

İş mühitində dinamik və əyləncəli bir dövr ola bilər, lakin boş söz–söhbətlər də üzə çıxa bilər. Yeni iş yoldaşları gələ və bəziləri gedə bilər. Müştərilərlə yaxşı ünsiyyət qurursunuz. Sağlamlıqla bağlı suallarınız varsa mütəxəssis görüşü almaq istəyə bilərsiniz. Diyet və idmana başlamaq üçün çox yaxşı zamandır. Velayət məsələləri nəticələnə bilər, ev heyvanları ilə bağlı qərarlar verə bilərsiniz.

DOLÇA

Hər işi sevə-sevə və maraqla edə biləcəyiniz bir dövrdür. Əyləncəli tədbirlərdə iştirak edə, yaradıcılığınızı artıran təcrübələr yaşaya bilərsiniz. Hobbiləriniz dəstəklənir və bacarıqlarınızı görən insanlar ola bilər. Freelancer işləyirsinizsə vacib bir layihə ala bilərsiniz. Sosial media üzərindən yeni bir tanışlıq və ya eşq gündəmə gələ bilər.

BALIQ

Ev, daşınmaz əmlak və kirayə mövzularında tamamlanmalar ola bilər. Köç, təmir və ev düzəltmə kimi işlər gündəminizi doldura bilər. Evinizdə dekorativ dəyişikliklər edə bilərsiniz. Keçmişdən qalan bir problem həll ola bilər. Yaxınlarla sərhədləri düzgün müəyyən etməlisiniz, amma məsuliyyətlərdən də qaçmamalısınız.

Könül
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR